10 C
Baku
Friday, December 13, 2024

2020-ci ildə “Azər Türk Bank”ın böyüməsinin səbəbi məlum oldu

Azərbaycanda iki dövlət bankından biri olan “Azər Türk Bank” ASC 2020-ci ilin ilk 9 ayı ərzində 89 min manat həcmində xalis mənfəət əldə etdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə kommersiya bankın 30 sentyabr 2020-ci il tarixinə olan maliyyə hesabatında  deyilir.

İlin ilk rübü ərzində bankın faiz gəlirlərinin həcmi 15 milyon 709 min manat, faiz xərclərinin həcmi 4 milyon 721 min manat, qeyri-faiz gəlirlərinin həcmi 7 milyon 138 min manat və qeyri-faiz xərclərinin həcmi isə 17 milyon 420 min manat olmuşdur. Nəticədə bankın əməliyyat mənfəəti 705 min manat  olub. Bank bu əməliyyat mənfəətindən 616 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırıb. Bununla da bankın xalis mənfəətinin həcmi 89 min manat təşkil edib.  Məlumat üçün bildirək ki, ATB-in 2019-cu ilin analoji dövrü üzrə xalis mənfəəti 672 min manat idi.

DEPOZİT YATIRIMI AKTİVLƏRİNİ BÖYÜDÜB

“Azər Türk Bank”ın aktivlərinin həcmi 2020-ci ilin əvvəli ilə müqayisədə 3-cü rübün sonuna 3 milyon 322 min manat (1%) böyüməklə 351 milyon 040 min manata çatıb.

Aktivlərindəki bu artımın səbəbi  banklar və digər maliyyə institutlarındakı depozitlərnin həcminin 1 milyon 700 min manatdan  50 milyon 150 min manata qədər artırması olub. Aktivlərinin 167 milyon 718 min manatı müştərilərə verilmiş kreditlər təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 10% kiçilmədir.

Qiymətli kağızlar portfeli ilin əvvəli ilə müqayisədə 37% azalmaqla 34 milyon 873 min manata düşüb.

ÖHDƏLİKLƏRİ ARTIB

ATB-ın hesabat dövrünün sonuna öhdəliklərinin həcmi 1% artımla 295 milyon 184 min manat olub. Öhdəliklərinin 164 milyon 634 min manatını depozitlər (9% azalma), 67 milyon 703 min manatını mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri (11% artım), 58 milyon 204 min manatı kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər (40% artım) olmuşdur.

Üçüncü rübün sonuna bankın kapitalının həcmi 55 milyon 856 min manat olub, bunun 50 milyon manatı nizamnamə kapitalı, 3 milyon 722 min manatı bölüşdürülməmiş mənfəət və 2 milyon  134 min manatı isə ehtiyatlar olmuşdur.

234567 134

2 3

Son xəbərlər
Digər xəbərlər