Koronavirus (COVID-19) pandemiyasının vüsət aldığı 2020-ci ildə yoxsul ölkələrin məcmu borcu daha 12% artaraq rekord həddə – 860 milyard ABŞ dollarına çatıb. Bu barədə Dünya Bankının hesabatlında bildirilir.
Sənəddə həmçinin deyilir ki, pandemiya dövründə müxtəlif ölkələrdə əhalinin sağlamlığını qorumaq, yoxsullar üçün mümkün fəsadların qarşısını almaq xərc tələb edən məqsədyönlü tədbirlər görülüb.