-1 C
Baku
Sunday, December 15, 2024

2020-ci ildə Rusiyadan Azərbaycana əhalisinə pul köçürmələrin həcmi 7% artıb – məbləğ!

Azərbaycana fiziki şəxslər üzrə xaricdən daxil olan pul baratlarına görə ölkələrin siyahısı Rusiya Federasiyası ilk pillədə yerini qorumaqdadır.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2020-ci il ərzində 1 milyard 94 milyon ABŞ dolları həcmində vəsait daxil olub. Bunun da 606.06 milyon dolları şimal qonşu Rusiya Federasiyasından daxil olub.

Rusiyadan öncəki illə müqayisədə pul baratlarının həcmi 7.32% artsa da, cəm pul baratları üzrə fiziki şəxslərə daxilolmada payı son bir ildə 60.4%-dən 55.4%-ə qədər azalmışdır.

Son xəbərlər
Digər xəbərlər