Ekspertlər 2020-ci ilin ən çox tələb olunan peşələrin adlarını açıqlayıblar. Kütləvi peşələr sırasında sürücülər, ofisiantlar, aşpazlar, ustalar, kuryerlər, satıcılar və inşaatçılar yer alıb.
Yüksək ixtisaslaşmış peşələr sırasına onlayn-marketoloqlar, proqramçılar, tətbiq tərtibatçıları, Big Data analitikləri, o cümlədən “product” və “project-menecerlər” daxil olublar. Bundan əlavə, yüksək ixtisaslaşmış mühəndis və texniki kadrlara, həmçinin HR brendini inkişaf etdirən mütəxəssislərə tələbatın artacağı proqnozlaşdırılır.
Tədqiqatda deyilir ki, 2020-ci ildə İT sahəsində əmək haqları orta hesabla 10-12% artacaq. Kütləvi peşələrin bir çoxunda maaş aşağı olduğundan, işçilər öz ehtiyaclarını tam olaraq ödəyə bilmirlər.