10 C
Baku
Thursday, December 12, 2024

2020-ci ilin ən nüfuzlu qadınları açıqlanıb

“Financial Times” beynəlxalq biznes qəzeti 2020-ci ilin ən nüfuzlu qadınlarının siyahısını açıqlayıb.

Siyahıya 12 qadın daxildir. Nəşrdə qeyd ediblər ki, bütün bu qadınlar böhranlarla mübarizə aparıb, müasir dövrün mühüm problemlərinə diqqət yetirib. Redaksiyaya namizədləri seçməkdə oxucular kömək ediblər – onların şərhləri seçimi izah etmək üçün təqdim edilib.

Reytinqin başında Yeni Zelandiyanın Baş naziri Casinda Ardern durur. Onu koronavirus təhlükəsinə operativ reaksiya verdiyi üçün qeyd ediblər.

Daha ətraflı

Növbəti yerdə koronavirusa qarşı vaksin hazırlayan “Biontech” şirkətinin aparıcı alimi Özlem Tureci qərarlaşıb. Qadın immun reaksiyalar üçün nəzərdə tutulan mRNA-nın istifadəsində sıçrayışın arxasında duran əsas alimlərdən biridir.

Daha sonra siyahıda ABŞ-ın vitse-prezidenti olacaq Kamala Harris, Belarus müxalifətçisi Svetlana Tixanovskaya və amerikalı siyasətçi Steysi Abrams yer alıblar.

Növbəti mövqedə işləyən analar durur. Bu, bir konkret qadın deyil, karantinin çağırışlarına və qapalı uşaq təhsil müəssisələrinə baxmayaraq, karyerasını davam etdirən bütün analardır.

Nəhayət, redaksiya öz ölkəsinin iqtisadiyyatını bu il ən güclü iqtisadiyyatlardan birinə çevirmiş Tayvan Prezidenti Tsai İnq Veni, koronavirusla mübarizədə qətiyyətli tədbirlərə görə Almaniya Kansleri Angela Merkeli, ABŞ Ali Məhkəməsinin hakimi Rut Ginzburqu, amerikalı siyasətçi Aleksandriya Okasio-Kortesi, Hindistanın səhiyyə naziri K.K. Şaylayanı və amerikalı müğənni Teylor Svifti qeyd edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər