2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana idxal 4 milyard 989 milyon 537 min dollar təşkil edib. Ötən ilin eyni dövründə isə Azərbaycana idxal 7 milyard 15 milyon 633 min dollar olub ki, bu da illik müqayisədə idxalın 2 milyard 26 milyon 96 min dollar və yaxud 29% azalması deməkdir.
Banker.az Dövlət Gömrük Komitəsinin 2020-ci ilin ilk 6 ayı ərzində olan statistikasına istinadən Azərbaycana ən çox gətirilən kənd təsərrüfatı məhsullarını araşdırdı.
Cari ilin yanvar-iyun aylarında Azərbaycana ən çox gətirilən məhsullardan birinci yerdə buğdadır. Buğda ilk 6 ayda 358 565 ton gətirilib. İkinci yerdə düyü dayanır ki, bu məhsuldan Azərbaycana 36 407 ton daxil olub. Üçüncü yerdə olan ətdən isə 25 136 ton gətirilib.
Digər yerlərdə isə müvafiq olaraq 8 779 ton və 6 854 ton olmaqla kərə yağı və çay gətirilib.