28 C
Baku
Sunday, June 26, 2022

Bakı–Şarm əl-Şeyx marşrutu üzrə reyslərin sayı iki dəfə artacaq

2020-ci ilin yazında Bakı–Şarm əl-Şeyx marşrutu üzrə reyslərin sayını həftədə iki dəfəyə qədər artırmaq planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan”a “Selfie Travel”in Misir filialının rəhbəri Hatem Kenaui bildirib.

“Uçuşların sayını həftədə ikiyə qədər artırmaq planlarımıza daxildir. Birbaşa reyslərin sayı təqribən gələn ilin yazında, Azərbaycanda Novruz bayramından sonra artırılacaq”, – Kenaui qeyd edib.

Onun sözlərinə görə, uçuşların sayının iki dəfə artımı Azərbaycanda bu istiqamətə tələbatın olması ilə şərtlənir.

“İlk reys açılandan (2019-cu il iyulun 18-də – İF) Bakıdan Şarm əl-Şeyxə təxminən 2 min azərbaycanlı turist daşınıb”, – o vurğulayıb.

Həmçinin, Kenaui bildirib ki, bu dövr ərzində göyərtə orta hesabla 85% dolub.

İyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti “Sunday Airlines” turizm brendi altında “Boeing 757-200” avialayneri ilə Bakı–Şarm əl-Şeyx marşrutu üzrə hər cümə axşamı birbaşa reyslərə başlayıb.

Turların müddəti 7-14 gün təşkil edir.

“Selfie Travel” satış üzrə operatorun direktor müavini Valentina Xaraxordina bu marşrut ilə ilk reys i“İnterfaks-Azərbaycan”a şərh edərkən bildirib ki, aviareysin yay proqramı artıq qış mövsümü üçün uzadılıb, çünki Yeni İlə kimi bronlaşdırma üzrə sorğu artıq var.

2016-cı ilin iyun ayında Misirin “Air Cairo” şirkəti Şarm Əl-Şeyx-Bakı marşrutu ilə birbaşa reys açıb. Lakin, artıq iyulun 4-dən tələbatın zəif olması ilə əlaqədar bu reysi dayandırdı. Həmin dövrdən etibarən tərəflər arasında birbaşa aviareyslərin bərpası məsələsi ilə bağlı müzakirələr aparılıb. 

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Oxşar xəbərlər