2020 seçkiləri: deputatlığa namizədliyi kim verib — Infoqrafik

Mərkəzi seçki komissiyasının (MSK) paylaşdığı məlumatın əsasında hazırlanmış qısa təhlil

Müsahibə aldığımız Namiq Əhmədov tərərfindən analizi təqdim edirik.

Bir neçə gün əvvəl MSKnın vebsaytında namizədlər haqqında məlumata rast gəldim. Həmin məlumat hər seçki dairəsi üzrə hazırlanmış cədvəl formasında, namizədliyini vermiş vətəndaşların doğum tarixi, təhsili, ixtisası və işlədiyi yeri göstərirdi.

Düşündum ki, bütün dairələr üzrə məlumatı əldə edib statistikaya baxmaq maraqlı olardı. Amma mənim bu marağım 125 dairənin cədvəlini ayrı-ayrı copy-paste edəcək qədər güclü deyildi…

Nəticə: bir düymə ilə işə salınıb bütün məlumatı üç dəqiqədən az zamanda MSK saytından çəkib bir Excel cədvəli şəklində hazırlayan proqram yazdım. Proqramçı deyiləm, ona görə mənim üçün bu nailiyyətdir! =)

Bütün məlumatı bir yerə toplayıb analiz etdikdən sonra maraqlı müşahidələr etmək olar. Nəticələri aşağıdakı infoqrafikdə görə bilərsiniz.

Müəllif: Namiq Əhmədov