6 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

2021-сi ilin ən çılğın 10 maliyyə hekayəsi

2021-ci il çox qəribə il oldu, lakin maliyyə və investisiya ilə az da olsa maraqlanan hər kəs üçün üçqat təəccübləndirici keçdi. Bu icmalda son bir ildə haqlı olaraq “bəli, ola bilməz!” deməyə layiq olan on hekayə topladıq.

1. Niyə GameStop və AMC səhmləri ucuzlaşır?

2021-ci ilin yanvarında “Ağlayan Pişik” başda olmaqla Reddit forumunun bütün üzvləri GameStop səhmlərini on dəfə artırıblar, bununla da bir neçə böyük hedge-fondunu demək olar ki, müflisləşdiriblər.

Onda konsensus təxminən belə idi: kütlənin müvəqqəti dəliliyi, əlbəttə ki, əyləncəlidir, ancaq yenə də şirkətlərin səhmlərinin qiymətləri ilk növbədə fundamental amillərlə müəyyən edilir, ona görə də sərfəli olmayan GameStop maksimum bir və ya iki ay ərzində qaçılmaz olaraq çökür.

GameStop özü panikanın ilk aylarında şokda olduğunu göstərdi və kotirovkaların on qat artması ilə bağlı heç bir tədbir görmədi. Lakin sonra sağlam düşüncə (oxu: xəsislik) qalib gəldi və əvvəlcə 550 milyon dollara, sonra isə yenidən 1.1 milyard dollara dopemissiya keçirtdi.

Ümumiyyətlə, mem-paylaşımları ilə bağlı bütün bu vəziyyət 2021-ci ildə maliyyə bazarlarında hökm sürən avantürizm ruhunu əks etdirir. Aktivinizin nə qədər qazanc verməsi deyil, bu haqda nə qədər insanın danışması vacibdir.

Dərs: “Mən göy cisimlərinin hərəkətini hesablaya bilirəm, amma kütlənin dəliliyini hesablaya bilmirəm”, – İsaak Nyuton. Əgər Nyuton belə bacarmırsa, çox güman ki, siz də bacarmayacaqsınız.

2. İlon Mask: zavod və paroxodların sahibi, mem-insan

Əgər 2021-ci ildə maliyyə bazarlarına maksimum çılğınlıq gətirən bir şəxs seçməli olsaydınız, bu yalnız İlon Mask ola bilərdi. Belə ki, ötən il İlon Mask:

Time jurnalına görə ilin adamı seçildi;

– 185 milyard dollarlıq sərvətlə dünyanın ən varlı insanı oldu;

– bütün dünyada aclıq problemini həll etmək üçün sərvətindən 6 milyard dollar verməyə hazır olduğunu bildirdi;

– daha çox vergi ödəmək üçün sahib olduğu Tesla səhmlərinin 10%-ni satdı;

– öz tvitləri ilə il ərzində Bitcoin Dogecoin kriptovalyutalarını gah ucuzlaşdırdı, gah da bahalaşdırdı;

Twitter- şiba-inu cinsli itinin şəklini paylaşdı və bir gündə yeni Shiba Inu kriptovalyutasını kapitallaşma üzrə 13-cü yerə qaldırdı.

download

Dərs: Dünyanın ən varlı insanı olmaq necə də gözəldir!

3. NFT: üçölçülü meymunlar birölçülü meymunlarla ticarət edir

Blokçeyndəki qəribə nişanların (tokenlərin) milyonlarla dollara satıldığına artıq öyrəşmişik. 2017-ci ildə “Niyə Bethoveni indi almalısan” mövzusunu hətta taksi sürücü ilə belə müzakirə etmək olardı, lakin 2021-ci ildə ondan da qəribə şeylərin bumu oldu: NFT – Non-Fungible Tokens.

Əgər adi kriptovalyuta əvəz oluna bilirsə (heç bir bitkoin digərindən fərqlənmir), hər bir NFT unikaldır. Buna görə də, onlardan rəqəmsal sənət əsərlərinin alışı / satışı üçün istifadə olunmağa başlandı.

Satış üçün dedikdə… ,əslində, NFT sizə özəl hüquqlar vermir – hələ də hər bir kəs aldığınız şəkil üzərinə klikləyə, onu yükləyə və digər şeylər edə bilər. İnsanların nə üçün faydasız sıfırları əldə etmək üçün milyonlarla dollar xərclədiyi hələ də sual olaraq qalır.

Necə olursa olsun, NFT  il ərzində çoxlu gülməli xəbərlər yaratdı:

– On dörd yaşlı qız NFT satışından bir milyon dollar qazandı;

– Nadir görülən “Darıxan Memun”un sahibi onu təsadüfən 300 min dollar əzəvinə 3 min dollara satdı;

– “Məni “hack” etdilər, bütün meymunlarım oğurlanıb. KÖMƏK EDİN!” – deyə NFT kolleksiyasından 2 milyon dollar oğurlananda qalereya sahibi yalvardı.

Dərs: Əgər bir şeyi başa düşmürsünüzsə, bu o demək deyil ki, başqa insanlar onu yüksək qiymətləndirə bilməzlər. Bu, “Darıxan Meymun” olsa belə.

4. Hometown Deli: qızıl buterbrodlar

May ayında hamı Nyu-Cersi ştatında yerləşən, ümumi bazar dəyəri 100 milyon dollara qədər olan (bu, hot-doq budkası üçün olduqca çoxdur) kiçik bufetdən danışırdı.

download 1

İldə təxminən 20 min dollar gəliri olan bir şirkəti milyonlarla, milyardlarla dollarla qiymətləndirməyin nə mənası var idi? Əgər ondan yalnız sendviç satmaq üçün istifadə edəsəksinizə – heç bir. Yox, əgər birjada səhmləri olan gözə çarpmayan hüquqi şəxsə ehtiyacınız varsa və onun vasitəsilə xarici aktivləri qeydiyyatdan keçirmək istəyirsinizsə, bu halda daha çoxunu ödəyə bilərsiniz.

Görünür, sxemə bu məqsədlə başlanılıb. Ən azı, məlum oldu ki, maliyyə-ərzaq konqlomeratını Honkonqdan olan şübhəli Piter Koker idarə edir. Nə olursa olsun, mətbuatda baş verən hay-küydən sonra Amerika tənzimləyiciləri və SEC, çox güman ki, Hometown Deli-nin taleyini yaxından izləyəcəklər, buna görə də Koker hiylələrini uğurla başa çatdıra bilməyəcək.

Dərs: Aşağı likvidli şirkətlərin səhmləri ilə istənilən absurd cəfəngiyat baş verə bilər. Amma bu o demək deyil ki, bu absurdluqdan hansısa yolla pul qazana bilərsiniz.

5. Trampın sosial şəbəkəsi: əsas odur ki, yaxşı insandır, pulu verəcəyik!

2020-ci ildə ABŞ prezidenti Donald Tramp əvvəlcə prezidentlikdən uzaqlaşdırıldı, sonra isə Twitter-də bloklandı. Siyasətçi kin tutdu və söz verdi ki, söz azadlığına yol açan yeni TRUTH Social şəbəkəsini yaradacaq.

Uzun müddət idi ki, bu mifik sosial şəbəkə haqqında heç nə eşidilmirdi, 2021-ci ilin oktyabrında indiyədək naməlum olan Trump Media & Technology Group şirkəti sosial şəbəkənin “demo” versiyasını təqdim etdi. Bir sözlə, Trampın şirkətinin nə sosial şəbəkəsi, nə inkişaf komandası, nə də məhsulun inkişafı üçün adekvat biznes-planın olmadığı göz qabağındadır.

Biznes-plan olmasa da, pulu tezliklə ələ keçirmək arzusu var. Qəribədir ki, bu kifayətdir: TMTG, demək olar ki, dərhal səhmlərinin 23%-ni (293 milyon dollar dəyərində) birjada yerləşdirəcəyini açıqladı. Bu, ənənəvi IPO üçün tələb olunan uzun və mürəkkəb prosesdən keçmədən şirkəti tez bir zamanda ictimaiyyətə çatdırmağın ağıllı yoludur.

indiawelcomestrump 02212020getty

Axı hamı bilir ki, Tramp həmişə istədiyinə nail olur – bu o deməkdir ki, sosial şəbəkə havaya qalxacaq! Lakin burada Tramp belə incidi: o, TMTG-nin səhmlərini 10 dollara satmağa razılaşdı, bazarda isə qiymət 40-50 dollara yüksəldi. Belə çıxır ki, Tramp beş dəfə ucuzlaşdı – 293 milyon dollar deyil, bir milyard yarım qazanmaq şansını itirdi.

Dərs: Əgər qeyri-adi saç düzümlü çox populyar birisinizsə, istənilən nağıl uydura bilərsiniz və sadiq pərəstişkarlarınız dərhal sizə bir (və ya hətta iki) çamadan pul gətirəcəklər.

6. The Bell araşdırması: bütün Telegram kanalları faydalı deyil

Dekabr ayında The Bell satqın Telegram kanalları ilə bağlı geniş araşdırma dərc etdi. Əslində, jurnalistlər bütün ən məşhur kanallara investisiyalarla bağlı aşağıdakı təklifi yazdılar:

– Salam! Müəlliflik analitikası haqqında çox yaxşı kanalınız var, hansına ki minlərlə abunəçi etibar edir. Biz regional yanacaq şirkətini təmsil edirik və sizdən kanalınızda bizim səhmlərimizin Aya və ondan kənara parlaq şəkildə yüksələcəyi haqqında yazmağınızı istəyirik.

Qəribədir ki, top 10-luqda olan kanallar üçün belə bir təklif yeni bir şey deyildi və onlar cavab verdilər:

Çətin deyil, buyurun, kartın rekvizitləri, pulunuzu köçürün. “Reklamdır” etiketi olmayanda qiymət 50% yüksəlir. Analitikamızın üslubuna bənzəmək üçün mətni bir az özümüz düzəldəcəyik. Qucaqlayırıq sizi, görüşənədək!

Dərs: Telegram kanallarında bazar analitikası həqiqətən varlanmağa kömək edə bilər, lakin əsasən yalnız paylaşımları edənlərə.

7. Archegos Capital: frayeri acgözlük məhv etdi

Bill Hvan çoxlu pula sahib idi, çünki o, Tiger Asia Management hedcinq fondunu uğurla idarə edirdi. Sonra sahibkar bu fondu bağladı və əzab-əziyyətlə qazandığı 10 milyard dolları təkbaşına varlanmaq üçün Archegos Capital adlı ailə ofisinə köçürtdü.

download 2

Billin strategiyası olduqca zəkalı idi: o, dəbdə olan texnoloji sənayelərdə bir neçə likvid olmayan səhmlər seçdi və çılğınlıqla onları almağa başladı. Pul qurtaranda isə brokerlərdən (Credit Suisse, Goldman Sachs, Morgan Stanley) borc aldı.

İdeya bundan ibarət idi: Hvan səhmlər aldıqca, qiymət artmağa davam edirdi (axı tələb artır!). Səhmlər bahalaşdıqca, onlara daha çox kredit götürmək olardı. Kredit nə qədər çoxdursa, bir o qədər çox yeni səhm almaq mümkündür! Beləliklə, dairə qapandı, əbədi filiz zənginləşdirmə mühərriki icad edildi. Hvan çox xoşbəxt idi.

Səhmləri yüksələn şirkətlər baş verənlərdən qazanmaq qərarına gələndə və bazara yeni səhmlər buraxmağa başlayanda kef qurtardı. Təklif artır və tələb artmasa, səhmlərin qiyməti də artmayacaq. Bill Hvan buna dözə bilmirdi, çünki pul almağa yeri yox idi – o, kredit limitini artıq doldurmuşdu.

Credit Suisse-dən olan isveçrəlilər Goldman SachsMorgan Stanley-dəki amerikalı həmkarlarına zəng edərək təcili görüş keçirdilər:

“Əziz dostlar, biz batdıq!” – deyə Credit Suisse başladı – “Amma hamımız girov qoyulmuş səhmləri eyni vaxtda satmağa başlasaq, vəziyyət daha da pisləşəcək, çünki onların kotirovkaları ümumiyyətlə çökəcək və biz heç vaxt kreditlərimizi qaytara bilməyəcəyik. Odur ki, gəlin eyni vaxtda hər şeyi satmamaq üçün centlmen tərzdə ortaq razılığa gələk, sonra daha bir şey tapacağıq”.

Dərs: Əgər siz stolun başına ciddi oğlanlar yığmısınızsa və onlardan hansının burada “lox” olduğunu bilmirsinizsə, çox güman ki, sonda uduzan siz olacaqsınız. Ən böyük İsveçrə bankından bir centlmen olsanız belə.

8. Greensill Capital: pul çatmırsa, kiminsə sizə borclu olduğunu düşünə bilərsiniz

“İsveçrə bankı qədər etibarlı” ifadəsini eşitmisinizmi? Məsələn, İsveçrənin etibarlı bankı Credit Suisse müştərilərinə etibarlı investisiyalar təklif etməyi sevir, hansıki öz növbəsində daha etibarlı Greensill fonduna sərmayə qoyur.

Greensill-in biznes modeli sadə idi: yaxşı girovla görkəmsiz şirkətlərə borc pul vermək. Onlar tədarük zəncirinin maliyyələşdirilməsi ilə məşğul idilər: şirkətin mallarını artıq satdığı, lakin müqavilənin şərtlərinə əsasən, yalnız bir neçə aydan sonra pul alacağı haldır.

Bu halda hər kəs xoşbəxtdir: görkəmsiz şirkətlər əməliyyat xərcləri üçün lazım olan maliyyə, Credit Suisse gəlir, Greensill isə komissiya əldə edir. 2021-ci ilin martında idilliya sona çatdı, çünki Greensill müflis oldu. Məlum oldu ki, verilən etibarlı kreditlərin əhəmiyyətli hissəsi real deyil, xəyali satışlar hesabına təmin edilirdi.

Şirkətlər Greensill-ə gələrək deyirdilər: “Bizə həqiqətən pul lazımdır, lakin müştərilərin bütün mövcud ödənişlərini artıq girov qoymuşuq. Bəlkə, bir gün mütləq əldə edəcəyimiz gələcək xəyali satışları girov qoyub sizdən pul ala bilərik?”. Fond rəhbərləri isə deyirdilər: “Deməli, biz bu sövdələşmədən komissiyamızı götürə biləcəyik? Hə? Əla, al sənin milyardların!”.

Bir sözə, Credit Suisse Greensill-ə yatırdığı bir neçə milyard pulu itirdi. Amma eybi yoxdur! Doğurdan da, əslində, pul bankın özünün deyil, onun varlı müştərilərinin idi.

Dərs: Bir şey etibarlı görünürsə və davamlı olaraq pul gətirirsə, bu, onun həqiqətən də etibarlı olması demək deyil. İsveçrə bankının məsləhəti ilə bu işə investisiya etsəniz belə.

9. Ölümcül Peloton: televizor yalan danışa bilməz!

Peloton idman velosipedləri istehsal edir. Pandemiya başlayanda sağlam həyat tərzi sürən bütün idmançılar öz evlərində gizləndilər və sevimli fitnes klublarına getmədiklərinə görə əzab çəkməyə başladılar. Məhz buna görə ev şəraitində idman populyarlaşdı və Peloton səhmləri altı dəfə bahalaşdı.

Problem gözlənilməyən yerdən çıxdı: 2021-ci ilin dekabrında Sex and the City kult seriyasının davamının ilk epizodunun buraxılması ilə əlaqədar səhmlər cəmi bir neçə gün ərzində 17% dəyər itirdi. Burada nə əlaqə var? Çox sadədir: süjetə görə, əsas personajlardan biri bədbəxt Peloton üzərində məşq zamanı ürək tutmasından ölür.

Madam ki, televizorda sizin bu pelotonlarınızdan insanların necə öldüyünü göstərirlər, bu o deməkdir ki, ona 100% minmək olmaz.

Dərs: “Piarın pisi olmur” desələr də, bəzən bu gerçəkləşir.

10. Çin səhmləri

Son illərdə Çin bazarının ən yaxşı inkişaf perspektivləri olduğu bütün investorlara aydın oldu. Axı Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatıdır, Çin şirkətləri isə qlobal birja kapitallaşmasının cüzi bir neçə faizini təşkil edir (bazar kapitallaşmasının yarıdan çoxunu təşkil edən eyni Amerika firmaları ilə müqayisə edin).

Və sonra 2021-ci ildə Çin hakimiyyəti qəfildən təhsil sektorunda sərt tənzimləmə kursu götürdü, şirkətlərə mənfəət əldə etməyi faktiki olaraq qadağan etdi. Mənfəəti olmayan şirkət kimə lazımdır? Beləliklə, bazarda qalan investorlar da eyni qərar verdilər və TAL kimi dəbdə olan “təhsil unicorns”larının payları iyirmi dəfə aşağı düşdü.

Çindən gələn texnoloji ehtiyatların qalan hissəsi il ərzində şirkət üçün ~ 50% azalıb. Kim bilir Çin Kommunist Partiyası kommunizmin parlaq gələcəyinə aparan yolda hansı yeniliklərlə çıxış edəcək?

Məsələ burasındadır ki, Çin qanunlarına görə, xarici investorların strateji əhəmiyyətli sənaye sahələrinə girişi qadağandır. Buna görə də, Amerika fond birjasında siyahıya alınmış şərti Alibaba şirkətinin özü (və ya onun analoqu) deyil, VIE – Variable Interest Entity adlanan ofşor qabıq şirkətidir. “VIE Alibaba sahibi kimi görünmür, lakin Alibaba vəd edir ki, bütün qazanılan gəlirləri VIE ilə bölüşür, vicdanla, vicdanla!”

Gələcəkdə çinli kommunistlərin “bilirsiniz, biz fikirləşdik, tutaq ki, Alibaba heç bir ofşor VIE-yə borclu olmamalıdır, bizə elə gəlir ki, bu, daha ədalətli olacaq” demə ehtimalı nə qədərdir? Heç bir fikrim yoxdur, bunu oxucuların ixtiyarına buraxırıq.

Dərs: Əgər investisiyalarda bir şey hər kəsə aydındırsa, əslində, bu işdə mütləq gizli nəsə var.

Son xəbərlər
Oxşar xəbərlər