8 C
Baku
Sunday, November 17, 2024

2021-2023-cü illərdə rabitə sektoruna 792 mln. manat vəsait yatırılıb

2021-2023-cü illərdə rabitə sektoruna 792 milyon manat, informasiya sektoruna isə 133.6 milyon manat vəsait yatırılıb.

Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Texnologiya və innovasiyalar” işçi qrupunun rəhbəri Samir Məmmədov “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda ölkə əhalisinin 88.1%-i internetdən istifadə edir. Ümumilikdə isə ölkə ərazisində 3G və 4G şəbəkəsinin əhali üzrə əhatə dairəsi 100% yaxındır. Hazırda ölkəmizdə aktiv mobil internet abunəçilərinin sayı 8.8 milyon nəfərdən çoxdur. Əhalinin hər 100 nəfərinə düşən aktiv mobil internet abunəçilərinin sayı 86 nəfər təşkil edir.

S.Məmmədov bildirib ki, Azərbaycan Respublikasında 150-dən çox internet operatoru və provayderinin 1.9 milyona yaxin sabit genişzolaqli internet abunəçisi var: “Bunun təxminən 70%-ə yaxınına internet xidmətləri fiber-optik kabel üzərindən göstərilir. Ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 35.2 Mbps təşkil edir”.

O qeyd edib ki, bu göstəricilər öncəki illərlə müqayisədə xeyli yüksəkdir.

Son xəbərlər
Digər xəbərlər