6 C
Baku
Wednesday, January 15, 2025

2021-2023-cü illərdə Vergi Məcəlləsinə ümumilikdə 206 dəyişiklik edilib

Azərbaycanda 2021-2023-cü illərdə Vergi Məcəlləsinə ümumilikdə 206 dəyişiklik edilib.

Bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.

O bildirib ki, bu illər ərzində inzibatçılığın təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə mövqeyin qorunması ilə bağlı 82, vergi yükünün optimallaşdırılması və sosial xarakterli dəyişiklərlə əlaqədar 76, vergi tutma bazasının genişləndirilməsi və kölgə iqtisadiyyatı ilə mübarizə ilə əlaqədar isə 48 dəyişiklik edilib.

Qeyd edək ki, bu il Vergi Məcəlləsində 37 əsas maddə üzrə 75 alt maddədə dəyişiklik nəzərdə tutulur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər