7 C
Baku
Thursday, December 12, 2024

2021-ci ilədək smartfonların 50%-i üçqat kamera ilə təchiz ediləcək

2018-ci ildə satılmış smartfonların 50%-dən çoxu iki və ya daha çox kamera ilə təchiz edilib. 2019-cu ildə arxa panelində üç və ya daha çox əsas kamera nəzərdə tutulmuş modellər daha böyük populyarlıq qazanırlar.

 “Counterpoint Technology Market Research” tədqiqat şirkətinin məlumatına görə, ötən il satılmış smartfonların 6%-də ikidən çox kamera quraşdırılıb. Gözləntilərə görə, 2019-cu ildə belə aparatların nüfuzetmə səviyyəsi 15%-dək artacaq və gələn ilin sonuna 35%-ə yaxınlaşacaq. Analitiklər hesab edirlər ki, 2021-ci ildə bütün smartfonların 50%-də ikidən çox daxili kamera olacaq.

“Counterpoint” şirkətinin proqnozuna görə, 2019-cu ilin ikinci yarısında smartfon istehsalçıları 64 meqapiksellik təsvir ölçüsünə malik kamera ilə təchiz edilmiş modellər təqdim edəcəklər. 2020-ci ildə isə 100 meqapiksellik kameralarla təchiz edilmiş qurğuların təqdimatı gözlənilir.

©ICTnews

 

Son xəbərlər
Digər xəbərlər