7 C
Baku
Thursday, December 12, 2024

2021- ci il ARNDF qazandığından 4.2 milyard manat çox xərcləyəcək

2021-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin 8 001,2 milyon manat olacağı gözlənilir.

Bu barədə gələn ilin büdcə layihəsinə istinadən xəbər verilir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 168,4 milyon manat və yaxud 2,1% çoxdur.

Gələn il ARDNF-in büdcə xərclərinin isə 12 220,5 milyon manat ( o cümlədən dövlət büdcəsinə transfertin 12,2 milyard manat) təşkil edəcəyi proqnozlaşdırılır. Bu isə bu ilə nisbətən 189,5 milyon manat və yaxud 1,5% azdır.

Son nəticədə Fondun büdcəsində 4 219,3 milyon manat kəsir yaranacaq. Bu isə illik müqayisədə 7,8% azdır.

Son xəbərlər
Digər xəbərlər