10 C
Baku
Thursday, December 12, 2024

2021-ci il üzrə məhkəmə hakimiyyətinin xərcləri artırılır

Azərbaycanda 2021-ci ilin dövlət büdcəsindən məhkəmə hakimiyyətinə ayrılcaq xərclərin həcmi artırılıb.

Banker.az xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Gələn il məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə dövlətdən ayrılacaq xərclərin həcmi 2 milyard 92.83 milyon manat olacaq. Bunun 1 milyard 580.7 milyon manatı hüquq mühafizə, 109.96 milyon manatı məhkəmə, 99.52 milyon proqkurorluq və 4.53 milyon manatı hüquqi yardıma ayrılacaq.

Öncəki illə müqayisədə 150.11 milyon manat, yəni, 8.1 faiz çox olması deməkdir.

Son xəbərlər
Digər xəbərlər