2021-ci ildə əmək haqqıdan tutulmalar (əmək haqqının hesablanması qaydası)

Bu yazımızda hər il olduğu kimi ənənəvi olaraq əvvəlcədən növbəti il üzrə əmək haqqından tutulmalar barədə məlumat verəcəyik.

2021-ci ildən bütün ölkə ərazisində tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı 2021-ci ildən əlavə olaraq icbari tibbi sığorta haqqı da tutulacaq.

Beləliklə 2021-ci ildən əmək haqqından tutulmalar aşağıdakı kimi olacaq.
– gəlir vergisi
– məcburi dövlət sosial sığorta haqqı
– işsizlikdən sığorta haqqı
– icbari tibbi sığorta haqqı

İcbari tibbi sığorta  üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:
– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində
– özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqqından 8000 manatadək hissənin 1%-i, (2022-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində

Beləliklə hesablanma formasını təqdim edirik.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə

  1. a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)
  2. b) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,
    200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN
  3. c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN
  4. d) icbari tibbi sığorta haqqı – 1%

250-(0+11+1.25+2.5)=250-14.75=235.25

Netto məbləğ 235.25 AZN olacaq

1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

  1. a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

  1. b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

  1. c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
  2. d) icbari tibbi sığorta haqqı – 8000 manata görə 1%, yuxarı olan 100 manata görə 0.5%=80+0.5=80.5

8100-(14+790+6+40.5+80.5)=8100-931=7169 AZN
Netto məbləğ 7169 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə

  1. a) gəlir vergisi – 250 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%
    250-200=50
    50-14%=7 AZN
  2. b) sosial sığorta haqqı – 250 AZN-in 3%-i = 7.5 AZN
  3. c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN
  4. d) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

250 AZN-(7+7.5+1.25+5)=250-20.75=229.25
Netto məbləğ 229.25 AZN olacaq

2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

  1. a) gəlir vergisi – 8100 AZN-2500 AZN=5600 AZN

2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN

5600 AZN-in 25%-i = 1400 AZN

  1. b) sosial sığorta haqqı – 8100 AZN-in 3%-i=243 AZN
  2. c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
  3. d) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN

8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat
Netto məbləğ 5906 AZN olacaq

Şəhriyar Həbilov

Ədəbiyyat:

Vergi Məcəlləsi

“Sosial sığorta haqqında” Qanun

“Tibbi Sığorta haqqında” Qanun

“İşsizlikdən sığorta haqqında” Qanun

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.