20 C
Baku
Monday, April 15, 2024

2021-ci ildə ən çox pul itirən milyarderlər – Top 3-lük

“Forbes” jurnalının planetin ən varlı insanları reytinqinə əsasən, 2021-ci ildə ən çox pul itirən çinli milyarderlər olub.

Banker.az xəbər verir ki, bu göstəriciyə görə “Pinduoduo” platformasının yaradıcısı Zheng Huang liderlik edir – “Alibaba”nın əsas rəqibinin təsisçisi 40.2 milyard dollar itirib. Ümumilikdə, Çin varlı insanların sayına görə reytinqdə ikinci yeri tutur.

“Alibaba”nın qurucusu Cek Ma siyahıda bir il ərzində itirilən pula görə ikinci (21.4 milyard dollar), “Evergrande” tikinti şirkətinin rəhbəri Hui Ka Ya isə üçüncü (18 milyard dollar) yer alıb.

Ekspertlər bu tendensiyanı müxtəlif sənaye sahələrində tənzimləməni gücləndirən Çin hakimiyyətinin siyasəti ilə əlaqələndirirlər. Bu səbəbdən səhmdarlar öz aktivlərini satmağa tələsirlər və şirkətlər dəyərini itirirlər.

“Forbes” reytinqində 2 674 soyad var. Varlı insanların sayına görə Çin ikinci (698), ABŞ isə birinci (724) yerdədir.

Rusiyanın ən varlı xanımı Tatyana Bakalçuk “Bloomberg” reytinqinə əsasən, 2021-ci ilin əvvəlindən bəri 3 milyard dollardan çox itirib. Buna baxmayaraq, “Wildberries” platformasının sahibi sərvətin artımı üzrə dünya milyarderlərini keçib.

Son xəbərlər
Digər xəbərlər