18 C
Baku
Çərşənbə, May 25, 2022

“2021-ci ildə iqtisadiyyatda bərpa prosesləri başlayıb”

2021-ci ildə iqtisadiyyatda bərpa prosesləri başlayıb.

Banker.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Vergi Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, son bir neçə il dünya iqtisadiyyatı, eləcə də Azərbaycan iqtisadiyyatı üçün ciddi çağırışlar yaradıb: “2020-ci ildə baş vermiş pandemiya, iqlim dəyişikliyi, təchizat zəncirindəki yaranmış problemlər, enerji, maliyyə, qida və digər bazarlarındakı dalğalanmalar Azərbaycan iqtisadiyyatına da təsir edib. Azərbaycan hökuməti bu təsirlərin neytrallaşdırılması, iqtisadiyyatın artım sürətinin saxlanması üçün zəruri olan addımları atıb, iqtisadi idarəetmədə çevik qərarlar qəbul edib”.

M.Cabbarovun sözlərinə görə, iqtisadiyyatın böhran fazasına düşməməsi üçün qəbul edilmiş bu çox vacib qərarlar sayəsində iqtisadiyyatda iş yerlərinin qorunmasına, məcburi məhdudiyyətlərin sahibkarlıq subyektlərinə təsirlərinin minimallaşdırılmasına nail olunub.

Son xəbərlər
Oxşar xəbərlər