20 C
Baku
Bazar, Oktyabr 17, 2021

2021-ci ildə qırmızı qida və içkilər trend olacaq

Qırmızı, 2021-ci ildə qida və içki seqmentini canlandıracaq yeni bir trend olacaq.

Banker.az bakeryandsnacks-ə istinadən yazır ki, bu proqnoz qida rəngləri tədarükçüsü GNT Group tərəfindən verilib. Şirkət qırmızı rənglərin populyarlığının ildən-ilə artdığını qeyd edir.

GNT Market İnkişaf Meneceri Martiye Hendriks, qırmızı rəngin “Bir insanın canlılığını təcəssüm etdirdiyini, enerji, və pozitivlik yaratdığını və eyni zamanda qida seqmentinə əsl həyəcan gətirdiyini” deyib.

Qırmızı rəngin ani diqqəti özünə çəkmə qabiliyyəti ilə yaxşı tanındığını qeyd edib. “Bu, 2021-ci ildə gözardı edə bilməyəcəyiniz bir rəngdir”-deyə Hendriks bildirib.

GNT təbii maddələrdən – turp, yerkökü, şirin kartof, hibiskus və giləmeyvələrdən hazırlanmış bir sıra EXBERRY qırmızı rəngləndiricilər istehsal edir. Yeni rəng trendinə uyğun olaraq şirkət bu yaxınlarda istehsal etdiyi çuğundur və yerköküdən hazırlanan boyaların bazara çıxarılması ilə istehsalını genişləndirdi.

Son xəbərlər
Oxşar xəbərlər