3 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

2021-ci ildə Venesuelada inflyasiya 686 faizdən artıq olub

2021-ci ildə Venesuelada inflyasiya 686,4% təşkil edib ki, bu da bir il əvvəlkindən 4 dəfə azdır.

Bu göstəricilər ölkənin mərkəzi bankının dərc etdiyi məlumatda öz əksini tapıb.

Sentyabr-dekabr aylarında ölkədə istehlak qiymətlərinin aylıq artımı 2017-ci ilin aprelindən bəri ilk dəfə olaraq 10%-dən aşağı olub. Hələ ötən ilin yanvarında aylıq ifadədə inflyasiya 46,6% olub.

Venesuela son illər hiperinflyasiya, milli valyutanın devalvasiyası və zəruri malların qıtlığı ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. 2020-ci ildə qiymət artımı 2959,8% təşkil edib.

Bu il yanvarın əvvəlində prezident Nikolas Maduro bildirmişdir ki, ölkə hiperinflyasiya vəziyyətindən çıxır.

 

 

Mənbə:trend.az
Son xəbərlər
Oxşar xəbərlər