Banker.az-ın verdiyi məlumata görə,Azərbaycan Milli Elmlər Akademiyasına daxil olan Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu , Radiasiya Problemləri İnstitutu və Biofizika Institutunun birlikdə 2021-ci ildə elmi-innovativ fəaliyyətindən əldə etdikləri gəlir 341 min manat olub. Qeyd olunan məlumat, ekspert Osman Gündüz tərəfindən verilmişdir.
Məlumat üçün bildirək ki, bu elmi müəssisələrdə toplam 948 nəfər elmi işçisi çalışır.