13 C
Baku
Saturday, November 16, 2024

2021-ci ildə dövlətə ən böyük mənfəət vergisi ödəyən banklar – TAM SİYAHI

Azərbaycanda 2021-ci ildə mənfəət vergisi ödəyən bankların sayı 18 təşkil etdi.

Banker.az xəbər verir ki, kommersiya bankları ötən ilki mənfəətlərindən  165 milyon 633.31 min manatlıq dövlətə vergi ödədilər.

Hesabat ilində də baxmayaraq ki, öncəki ildən daha az ödəniş etdib – amma ən böyük vergi ödənişi “Kapital Bank” ASC-yə məxsus oldu. Ölkədə ən böyük xidmət şəbəkəsinə malik olan bank  51.41 milyon manat (2020: 61.14 mln. manat) mənfəət vergisi ödədi.

Bildirək ki, 2021-ci ildə Azərbaycanda 23 bank xalis mənfəət əldə etmişdi. Burada vacib bir məqam: sayların qarışdırılmamasıdır. Çünki, balansında illərin yığılmış zərəri olan banklar mənfəət vergisi ödəmirlər. Qanunvericiliyə görə, bankın təsisçilərinin və ya səhmdarlarının yığıncağının qərarı ilə hesabat ilinin xalis mənfəətini keçmiş illərin zərərləri ilə bağlaya bilərlər. Ölkə banklarından isə 11-inin balansında illərin yığılmış zərəri vardır.

23423423423

*Misal

Müəssisə 2012-ci ildə zərər edib. Növbəti illərdə müəssisənin nəticələri aşağıdakı kimi olmuşdur:

2012-cü ildə – 30 000 AZN (zərər)

2013-cü ildə – 3 000 AZN (mənfəət)

2014-cü ildə – 4 000 AZN (mənfəət)

2015-cü ildə – 3 000 AZN (mənfəət)

2016-cü ildə – 8 000 AZN (mənfəət)

2017-cü ildə – 10 000 AZN (mənfəət)

2018-cü ildə – 8 000 AZN (mənfəət)

2012-ci ildə yaranan 30 000 AZN məbləğində zərər növbəti beş ildə olan mənfəətlər (2013-2017 illər) ilə kompensasiya edilir və bu səbəbdən müəssisə mənfəət vergisi ödəməyəcəkdir.

Lakin, 2018-ci ildə kompensasiya edilməmiş qalan 2 000 AZN (2012-ci ilin zərəri), 5 il keçdiyindən 2018-ci ildəki mənfəət ilə kompensasiya edilməyəcəkdir.

Son xəbərlər
Digər xəbərlər