“App Annie” analitikləri dünyada smartfon sahiblərinin tətbiq və oyunlara sərf etdikləri xərcləri hesablayıblar.
Banker.az xəbər verir ki, bazar araşdırmalarına görə, 2021-ci ildə istifadəçilərin xərcləri 135 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 25% çox olub.
Gəlirlərin böyük hissəsi oyunçuların payına düşüb. Hesabatda deyilir ki, oyundaxili alışlar “App Store”da gəlirlərin 60%-ni, “Google Play”də isə təxminən 80%-ni təşkil edib.
2021-ci ildə proqram yükləmələrinin sayı 8% artıb. Bu göstərici üzrə Hindistan (20%), ABŞ (9%) və Braziliya (8%) liderlik edir. Ən çox yüklənən tətbiqlər isə “YouTube”, “Disney+”, “TikTok” və “Twitch” olub.
“TikTok” istifadəçi xərclərinin artmasına görə dünyada birinci olub. Onlayn tanışlıq proqramları arasında isə əvvəlki illərdə olduğu kimi “Tinder” liderlik edir.