-1 C
Baku
Saturday, December 14, 2024

2021-ci ildəki təbii fəlakətlər dünya iqtisadiyyatına $170 mlrd. zərər vurub

2021-ci ildə baş verən on təbii fəlakət dünya iqtisadiyyatına 170 milyard dollar zərər vurub.

Banker.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Christian Aid” xeyriyyə təşkilatının araşdırmasında deyilir.

Fəlakətdən dəyən zərər sığortalanmış itkilərə əsasən hesablanıb. Təbii fəlakətlərdən real xərclər yəqin ki, daha böyükdür. “Christian Aid” iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərlə mübarizə üçün fond yaratmağı təklif edir.

İlin ən dağıdıcı fəlakətləri ABŞ-ın şərq hissəsində baş verən “İda” qasırğası olub – 95 nəfər ölüb, 65 milyard dollar zərər dəyib, Avropada daşqınlar – 240 nəfər ölüb, 43 milyard dollar zərər dəyib və Çinin Henan əyalətində daşqınlar 300 nəfər ölüb, 17 dollar milyard dollar zərər dəyib.

Tədqiqat müəllifləri əmin edirlər ki, gələcək kataklizmlərin qarşısını almaq üçün dünya ölkələri istixana qazı emissiyalarını təcili olaraq azaltmalıdırlar. Sənəddə deyilir ki, daha inkişaf etmiş iqtisadiyyatlar az inkişaf etmiş ölkələrdə yaşayan həssas icmaları dəstəkləmək üçün daha çox vəsait ayırmalıdır, çünki sonuncular iqlim böhranının başlanmasında az iştirak edir, lakin onun nəticələrindən qeyri-mütənasib şəkildə təsirlənirlər.

Son xəbərlər
Digər xəbərlər