8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

2021-ci ilin ən bahalı futbolçu transferi açıqlanıb

FIFA 2021-ci ilin ən bahalı transferlərini açıqlayıb.

Siyahının ilk pilləsində İtaliya “İnter”indən İngiltərənin “Çelsi” klubuna keçən Romelu Lukaku qərarlaşıb.

Belçikalı hücumçu avqustda London təmsilçisinə transfer olunub. “Zadəganlar” təcrübəli forvard üçün qarşı tərəfə 115 milyon avro ödəyib.

Almaniyanın “Borussiya” (Dortmund) klubunu İngiltərə “Mançester Yunayted”inə dəyişmiş Ceydon Sanço 85 milyon avroluq transfer məbləği ilə ikinci olub.

İlk “3-lüy”ü “İnter”dən Fransa PSJ-sinə 60 milyon avroya keçən Əşrəf Hakimi qapayıb.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər