20 C
Baku
Thursday, May 2, 2024

TƏCİLİ: 2021-ci ilin dövlət büdcəsi gəlirləri 6.6% artacaq

Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828.1 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 1 465.1 milyon manat və ya 6.6 faiz çoxdur. Bu barədə Banker.az-a Maliyə Nazirliyindən bildirilir.

İcmal büdcənin xərcləri 31 163.4 milyon manat olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 855.1 milyon manat və ya 2.8 faiz çoxdur.

2021-ci ilin icmal büdcəsinin kəsiri 7335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və ya 7,7 faiz azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 faizinə bərabər olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər