Bu ilin yanvar ayında Azərbaycanda 3.3 milyon ədəd tibbi maska istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir.
Belə ki, 1 fevral tarixinə ölkədə hazır maska ehtiyatı 2.4 milyon ədəd təşkil edib.
Həmçinin qeyd edək ki, 2021-ci ilin yanvar ayında istehlakçılar əczaçılıq məhsulları və tibbi ləvazimatlara 68.7 milyon manat xərcləyib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40.1% artıb. Aylıq müqayisədə isə, bu göstərici 10.4% azalıb.