26 C
Baku
Cümə, Sentyabr 17, 2021

2021-ci ilin ilk Çin – Azərbaycan konteyner qatarı Bakıya çatıb

Screen Shot 2021 09 02 at 14.34.20

Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Bakıya çatıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY konteyner” MMC-dən bildriilib.

Məlumata görə, qarışıq yüklərdən ibarət qatar Çinin Çinqdao şəhərindən Bakıya qədər olan məsafəni 15 günə qət edib. Blok qatarı hər biri 40 futluq olan 50 konteynerdən ibarətdir.

Konteynerlər Qazaxıstanın Aktau limanından Ələt limanına operatoru “ADY Konteyner” olan “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılıb. Konteynerlərdən 15-i Gürcüstanın paytaxtı Tbilisiyə göndəriləcək.

Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilb.

Bu ilin sonuna qədər “ADY Konteyner” Çin-Azərbaycan istiqamətində 50-yə qədər konteyner blok qatarının nəql olunmasını planlaşdırır.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər