12 C
Baku
Saturday, May 18, 2024

2021-də Azərbaycanın qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi – Siyahı

2021-ci ildə Rusiya Federasiyasına 877.8 milyon ABŞ dolları, Türkiyəyə 675.9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 224.1 milyon ABŞ dolları, Gürcüstana 157.5  milyon ABŞ dolları və Amerika Birləşmiş Ştatlarına isə 74.9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2022-ci ilin yanvar sayında bildirilir.

2021-ci ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (114 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (89.8 milyon ABŞ dolları), İsveçrə isə üçüncü (19.5 milyon ABŞ dolları) olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər