2021-ci ilin yanvar-dekabr aylarında qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.
Siyahıya 123.9 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 106.9 milyon dollar ixrac həcmi ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi gəlir.
Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə – “Local Garden” (54.9 milyon dollar), “Baku Steel Company” (45.6 milyon dollar), “P Aqro”dur (44.3 milyon dollar).