Gələn il Azərbaycanda şəxsiyyəti təsdiq edən sənədlərin hazırlanması üçün dövlət büdcəsindən 48,3 milyon manat vəsait ayrılacaq.
Bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Həmin vəsait yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların hazırlanması üçün nəzərdə tutulub.