26 C
Baku
Saturday, July 27, 2024

2022-ci ildə ən çox varlanan Rusiya milyarderləri – Siyahı

2022-ci ildə Ukraynada müharibə başlayandan sonra dünya ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Ölkə iqtisadiyyatı buna tab gətirsə də, ÜDM-in azalması, inflyasiyanın yüksəlməsi və əhalinin gəlirlərinin enməsi kimi problemlərdən qaçınmaq mümkün olmayıb.

Lakin bütün bunlara baxmayaraq, 2022-ci ildə bəzi rus milyarderlərinin sərvəti artıb. “Forbes”a görə, ümumilikdə 27 milyarder ötən ildə varlanıb. Bir çox hallarda artımın əsas səbəbi iqtisadi uğur deyil, rublun məzənnəsinin möhkəmlənməsi olub.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Rusiyanın ən şanslı iş adamlarının iksi – Vyaçeslav Kantor və Andrey Quryev gübrələrin qlobal qiymət artımı sayəsində varlanıblar. Ən çox varlanan milyarderlər arasında üçüncü yeri Yuri Milner tutur.

Ümumulikdə, siyahı aşağıdakı kimidir:

  1. Vyaçeslav Kantor (+5.3 mlrd. dollar)
  2. Andrey Quryev və ailəsi (+4.2 mlrd. dollar)

  3. Yuri Milner (+2.5 mlrd. dollar)

  4. Andrey Melniçenko (+2.1 mlrd. dollar)

  5. Mixail Şelkov (+1.6 mlrd. dollar)

  6. Vitali Orlov (+0.89 mlrd. dollar)

  7. Anatoli Sedıx (+0.5 mlrd. dollar)

  8. Vadim Yakunin (+0.49 mlrd. dollar)

  9. Dmitri Kamenşik (+0.43 mlrd dollar)

  10. Said Quçeriev (+0.4 milyard dollar)

Son xəbərlər
Digər xəbərlər