6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

2022-ci ildə dünya iqtisadiyyatı $100 trln. həddini keçəcək

“Centre for Economics and Business Research”un (CEBR) proqnozlarına görə, 2022-ci ildə dünya iqtisadiyyatı ilk dəfə olaraq 100 trilyon dollar həddini keçəcək.

Banker.az xəbər verir ki, beləliklə, bu rəqəm əvvəl proqnozlaşdırılandan iki il tez əldə olunacaq.

Analitiklərin vurğuladığı kimi, Çinin ÜDM-in həcminə görə ABŞ-ı ötməsi üçün iki ildən çox vaxt lazımdır. Bu, proqnozlara əsasən, 2030-cu ildə baş verməlidir. Eyni zamanda Çin iqtisadiyyatının artım tempi tədricən azalacaq: 2025-ci ilə qədər ölkənin ÜDM-si ildə orta hesabla 5.7%, 2025-2030-cu illərdə isə 4.7% təşkil edəcək.

Hindistan iqtisadiyyatı da yuxarıya doğru irəliləyəcək: o, Fransanı, 2023-cü ildə isə dünya sıralamasında altıncı pilləni tutan Britaniyanı keçəcək. Rusiya iqtisadiyyatı haqqında danışan CEBR ekspertləri hesab edirlər ki, o, 2036-cı ildən tez olmayaraq dünyanın ilk 10-luğuna daxil olacaq.

Son xəbərlər
Oxşar xəbərlər