16 C
Baku
Saturday, October 5, 2024

2022-ci ildə qlobal smartfon tədarükü 11% azalıb – “Samsung” liderlik edir

2022-ci ilin dördüncü rübündə qlobal  smartfon tədarükü 17% azalıb. Bazar araşdırmaları ilə məşğul olan “Canalys” şirkətinin hesabatına əsasən, il ərzində tədarüklər 11% azalaraq 1.2 milyard ədədə düşüb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Rübün sonunda “Apple” 25% payla tədarükdə birinci yeri bərpa etsə də, ilin sonunda 19% payla ikinci sırada qərarlaşıb. Texnologiya nəhənglərindən biri olan “Samsung” bazarda 22%, “Xiaomi” isə 13% paya sahibdir.

download 4

Analitiklər hesab edirlər ki, 2023-cü ildə faiz dərəcələrinin artması, iqtisadiyyatın yavaşlaması və əmək bazarında artan gərginliyin təsiri inflyasiya təzyiqlərinin azalmasına baxmayaraq, bazarın potensialını məhdudlaşdıracaq.

Son xəbərlər
Digər xəbərlər