12 C
Baku
Monday, April 15, 2024

2022-ci ildə Rusiyanın büdcə kəsiri 74 milyard manat təşkil edib

Rusiya Federasiyasının 2022-ci ildə büdcə kəsiri 3,3 trilyon rubl (74 milyard manata yaxın) təşkil edib. 

Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.

Qeyd edək ki, dekabrın sonunda Siluanov 2022-ci ildə Rusiya büdcəsinin xərclərinin planlaşdırılan 29 trilyon rubldan çox – 30 trilyon rubldan çox artdığını bildirmişdi.

Onun sözlərinə görə,  Ukraynada xüsusi əməliyyatın başlaması makroiqtisadi vəziyyəti dəyişib və Rusiya hökuməti də uşaqlı ailələrə və digər kateqoriyadan olan vətəndaşlara dəstək tədbirləri həyata keçirib ki, bu da xeyli miqdarda resurs tələb edir.

Son xəbərlər
Digər xəbərlər