5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

2022-ci ildə ünvanlı sosial yardımı kimlərə şamil edilir? Necə almaq olar? ( İZAH)

Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə Azərbaycan dövləti tərəfindən göstərilən pul yardımıdır.

Bu yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Həmin səbəblərə daxildir:

  • ailə üzvlərinin əmək qabiliyyətsiz olması,
  • ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə,
  • 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi,
  • 23 yaşınadək əyani təhsil alması,
  • müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması,
  • vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi,
  • ailə üzvünün olduğu yerin məlum olmaması.

Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında”  03 dekabr 2021-ci il tarxili Qanuna əsasən 2022-ci il yanvarın 1-dən ehtiyac meyarının həddi 200 manat təşkil edir.

Misal: 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 200*4=800 manat təşkil edir. Bu halda ailəyə 800-400=400 manat, yəni 400 manat məbləğində ünvanlı sosial yardımı təyin edilə bilər.

Ailə dedikdə, qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər nəzərdə tutulur.

Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:

  • tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrindəyaşayan şəxslər);
  • müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
  • cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
  • axtarışda olan şəxslər;
  • Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
  • əcnəbilər(Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
  • Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
  • Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Ünvanlı dövlət sosial yardımını necə əldə etmək olar?

Ətraflı, İZAHLA

Son xəbərlər
Oxşar xəbərlər