Ukrayna müharibəsinin başlamasından cəmi iki həftə sonra, martın 7-də Rusiya tətbiq edilən sanksiyaların sayına görə dünya lideri olub. İqtisadi müharibə həm sadə vətəndaşların, həm də ölkənin ən varlı sahibkarlarının rifahına zərbə vurub.
Qərbin sanksiyaları onların çoxunu milyardlarla dollarlıq imperiyalarını xilas etməyə məcbur edib. “Forbes”in məlumatına görə, 2022-ci ilin dekabrında sərvəti 1 milyard dolları ötmüş 68 rusiyalı sahibkar il ərzində yoxsullaşıb, Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.
Rusiya milyarderlərinin 2022-ci ildə itkiləri aşağıdakı kimi olub:
- Aleksey Mordaşov və ailəsi (-11.1 mlrd. dollar)
-
Tatyana Bakalçuk (-8.3 mlrd. dollar)
-
Oleq Tinkov (-5.9 mlrd. dollar)
-
Roman Abramoviç (-5.6 mlrd. dollar)
-
Vahid Ələkbərov (-5.1 mlrd. dollar)
-
Leonid Fedun və ailəsi (-4.2 mlrd. dollar)
-
Viktor Vekselberq (-4.1 mlrd. dollar)
-
Gennadi Timçenko (-3.97 mlrd. dollar)
-
Leonid Mixelson (-3.3 mlrd. dollar)
-
İqor Altuşkin (-2.8 mlrd. dollar)
Siyahıdan göründüyü kimi, ABŞ sanksiyalarına məruz qalan “Severstal”ın əsas sahibi Aleksey Mordaşov ən böyük itkiyə məruz qalıb, o, demək olar ki, 11 milyard dollar itirib. İtkilərə görə ikinci yeri “Wildberries”in yaradıcısı Tatyana Bakalçuk tutub, üçüncü sırada isə “TCS Group”dakı payını satan Oleq Tinkov yer alıb.