Azərbaycanda bankların illik audit hesabatlarını aparan audit şirkətlərinin siyahısı açıqlandı.
Banker.az xəbər verir ki, cari ildə 24 bankdan 18-nin audit şirkəti 2021-ci ildəki şirkətlərlə eynidir.
2022-ci il üzrə 6 bankın audit hesabatını “Baker Tilly Azerbaijan” audit şirkəti tərəfindən aparılıb. “Baker Tilly Azerbaijan” audit şirkəti öncəki ildə isə 13 bankın audit hesabatını aparmışdır.
“Ernst&Young” , “PwC” audit şirkəti, “KPMG Audit Azerbaijan”, “Nexia EA” 3 bankın hesabatını,“Grant Thornton Azerbaijan” 2 bankın hesabatını və “Baltic Caspian Audit” (Crowe) isə bir bankın audit hesabatını aparıb.