14 C
Baku
Monday, May 6, 2024

2022-ci ildə Azərbaycandan $12.5 mlrd.-a yaxın kapital çıxarılıb

2022-ci il üzrə Azərbaycanın xalis maliyyə aktivləri 7.8 mlrd. dollar artmışdır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin tədiyə balansı ilə bağlı açıqlamasında deyilir.

Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0.2 mlrd. dollar), portfel investisiyaları (1.2 mlrd. dollar) və digər investisiyalar (6.4 mlrd. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 4.7 mlrd. dollar azalmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (- 4.9 mlrd. dollar), neft bonusu (452.2 mln. dollar), portfel investisiyaları (-634.3 mln. dollar) və digər investisiyalar (403.2 mln. dollar) hesabına formalaşıb.

Ölkənin maliyyə hesabında 12.48 mlrd. dollar mənfi saldo yaranıb.

23423423

Birbaşa investisiyaları üzrə xalis maliyyə aktivləri 172.2 mln. dollar artmış, xalis maliyyə öhdəlikləri isə 4.9 mlrd. dollar azalmışdır.

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 6.3 mlrd. dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 0.2 mlrd. dollar olub.

Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 5.1 mlrd. dollar mənfi saldo yaranmışdır. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 71% təşkil edib.12312312312312311312

2022-ci il üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-6 726.2 mln. dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (4 441.8 mln. dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (11 168.0 mln. dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.3 dəfə artaraq 1.8 mlrd. $ olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər