13 C
Baku
Friday, November 22, 2024

2022-ci ildə bankların faiz gəlirləri: həcm, illik dinamika və bazar payına görə RENKİNQ

2022-cü ildə Azərbaycanın 25 bankı 2 mlrd. 739 mln. manatlıq faiz gəliri əldə etdilər. Bankların gəlirlərinin və fəaliyyətlərinin əsasını təşkil edən bu gəlirlər illik müqayisədə 30% artmış oldu.

Siyahıda bu il 609.4 mln. manatla illik müqayisədə 28.5%-lə “Kapital Bank” ASC ilk sıradadır. Ölkənin bank sektorunun faiz gəlirlərinin 22%-i təkcə “Kapital Bank”a məxsusdur.

İkinci sırada dövlətin ABB-sidir. 582.9 mln. manatla illik 33.5%-lik artıma nail olub.

Üçüncü sırada isə 312.3 mln. manatla “PAŞA Bank” ASC dayanır. O, faiz gəlirlərini illik müqayisədə 19.1% artırmaqla bazar payının 12%-nə sahib olub.

Beləliklə, TOP3-lük bank sektorunun ümumi faiz gəlirlərinin 55% payları olub.

Faiz gəlirlərində ən yüksək dinamika “Azər Türk Bank” ASC (58%), “Naxçıvanbank””ASC (54%) və “Bank Respublika” ASC (53%) kimi banklardır.

23423432432423423423423423

Son xəbərlər
Digər xəbərlər