15 C
Baku
Sunday, November 24, 2024

2022-ci ildə bu regionlarda müharibə başlaya bilər

Fransız jurnalist Alen Fraşon “Le Monde” nəşrində dərc olunan məqaləsində 2022-ci ildə potensial olaraq silahlı münaqişənin başlaya biləcəyi regionların siyahısını tərtib edib.

Banker.az xəbər verir ki, müəllifə görə, bu bölgələrdən biri İrandır. Belə ki, nüvə sazişi üzrə danışıqlar irəliləsə də, kompromis üçün imkanlar daralır. Fraşon hesab edir ki, Tehran müqavilədən birtərəfli qaydada çıxmış keçmiş ABŞ prezidenti Donald Trampın siyasətini hələ də unutmayıb.

Eyni zamanda İranın uranı zənginləşdirməsi İsrail və ABŞ-ı onun nüvə kompleksinə zərbə endirməyə təşviq edir ki, bu da cavabsız qalmayacaq və nəticədə münaqişə bütün Yaxın Şərqi əhatə edəcək.

Daha bir “təhlükəli” region Tayvandır. Müəllifin fikrincə, Çin adaya “müdaxilə”yə gətirə biləcək manevrlər həyata keçirir. ABŞ əvvəllər Tayvanı müdafiə vasitələri ilə təmin etməyi öz üzərinə götürmüşdü, lakin buna baxmayaraq, Co Bayden bu məsələyə birmənalı yanaşmır.

Fraşonun sadaladığı regionların sonuncusu Ukraynadır. Jurnalistin sözlərinə görə, Rusiya ABŞ-a təhlükəsizlik zəmanəti tələblərini açıqlayarkən bu ambisiyalarını da qeyd edib.

Kreml hesab edir ki, bu cür ittihamlar Rusiya sərhədləri yaxınlığında NATO qüvvələrinin artırılması üçün bəhanə kimi lazımdır. Moskva dəfələrlə vurğulayıb ki, Rusiya heç kimə hədə-qorxu gəlmir, hərbi qüvvələrin ölkə ərazisindən keçməsi isə kimisə narahat etməməlidir.

Son xəbərlər
Digər xəbərlər