8 C
Baku
Sunday, November 17, 2024

“Bloomberg” 2022-ci ilin əsas iqtisadi risklərini açıqlayıb

“Bloomberg” agentliyi 2022-ci ildə qlobal iqtisadiyyatın əsas riskləri ilə bağlı proqnozunu açıqlayıb.

Banker.az xəbər verir ki, nəşrin fikrincə, bazarlar üçün əsas təhlükə Ukrayna və Tayvanda vəziyyətin qeyri-sabit olmasıdır.

Əsas risklər:

1. Koronavirusun “omikron” ştamının yayılması – əgər onun digər ştamlardan daha təhlükəli olduğu ortaya çıxsa, dünya iqtisadiyyatı 4.2%-ə qədər yavaşlaya bilər (bunun əksi baş versə, iqtisadi artım 5.7%-ə çatacaq, çünki dünya “pandemiyadan əvvəlki vəziyyətinə qayıdacaq” və xidmət xərcləri getdikcə bərpa olacaq).

2. Rusiya ilə Ukrayna arasında münasibətlərdə gərginlik. Bu, qazın qiymətinin artmasına gətirib çıxaracaq.

3. Təbii fəlakətlər. Bu, ərzaq məhsullarının bahalaşması ilə nəticələnəcək.

4. ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən baza faiz dərəcəsinin artırılması. Bu, inkişaf etməkdə olan bazarlardan kapital axınına səbəb olacaq.

5. Tayvan ətrafında hər hansı bir eskalasiya. Bu, Çin və ABŞ arasında müharibəyə səbəb olacaq. Eyni zamanda sanksiyaların tətbiqi yarımkeçirici istehsalının çökməsi ilə nəticələnə və bütün bazara təsir göstərəcək.

6. Avroskeptisizmin inkişafı

7. İtaliya və Fransada prezident seçkiləri. Bunun nəticəsində “zəif” koalisiya dağılacaq, qələbə isə sağçı namizədin əlinə keçəcək.

8. “Brexit”in ağır nəticələri – Şimali İrlandiya Protokolu ilə bağlı Böyük Britaniya və Aİ arasında danışıqlar çətinləşəcək.

Qeyd olunur ki, buna baxmayaraq, “proqnozlaşdırıcıların əksəriyyəti qiymətlərin aşağı düşəcəyini, hökumətlərin fövqəladə pul-kredit siyasətindən çıxmasını gözləyir”. Aİ-də ölkə liderlərinin həmrəyliyi və tənzimləyicinin siyasəti əvvəllər pandemiyanın nəticələrinin öhdəsindən gəlməyə kömək etsə də, növbəti ildə bu amillərin əhəmiyyəti azala bilər. Çində enerji qıtlığı problemlərinin daha az kəskinləşmə ehtimalı var.

Daha əvvəl “Deutsche Bank” analitikləri 2022-ci ildə əsas istiqamətlərə çevriləcək tendensiyalarla bağlı proqnozlarını təqdim ediblər. Bu tendensiyalara sərbəst pul dövrünün sonu, əmək bazarının sürətli böyüməsi və kosmosun militarizasiyası daxildir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər