Dünyada təxminən 40 milyon insan Ukraynadakı vəziyyətə görə qida çatışmazlığı problemi ilə üzləşəcək.
Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksimo Torero deyib.
“Aqrar-sənaye sektoru indi ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Ukraynadakı vəziyyətin təsirlərini proqnozlaşdırsaq, 2022-ci ildə xroniki qidalanma ilə üzləşəcək daha 40 milyon insan deməkdir”, – deyə M.Torero bildirib.