13 C
Baku
Saturday, April 27, 2024

2022-ci ildə səyahət üçün ən təhlükəli ölkələr – Top 10-luq

“International SOS” şirkəti 2022-ci ildə səyahət üçün ən təhlükəli ölkələrin adını açıqlayıb.

Banker.az xəbər verir ki, gözləndiyi kimi, ilk üçlükdə Əfqanıstan, Yəmən və Suriya yer alıb. Onlardan başqa siyahıya daha 11 ölkə daxil olub.

Qeyd edək ki, səfər üçün ən əlverişli ölkələrə İslandiya, Danimarka, Norveç, Finlandiya, İsveçrə, Sloveniya və Lüksemburq aid edilib. “The Independent” qəzetinin yazdığına görə, siyahı təhlükəsizliyin siyasi və sosial səviyyəsi, nəqliyyat infrastrukturunun etibarlılığı, hüquq-mühafizə orqanlarının, o cümlədən fövqəladə hallar xidmətlərinin effektivliyi, ölkənin təbii fəlakətlərə həssaslığı kimi amillər əsasında tərtib edilib.

Əfqanıstan, Yəmən və Suriyadan başqa səyahət üçün təhlükəli olan ölkələrə Liviya, Mali, Somali, Cənubi Sudan, Ukrayna, Pakistan, İraq, Misir, Mozambik, Nigeriya və Konqo Demokratik Respublikası aid edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər