16 C
Baku
Friday, November 22, 2024

2022-ci ildə steyblkoinlərlə əməliyyatların həcmi “Mastercard”la aparılan əməliyyatları üstələyib

Steyblkoinlər bu il “Mastercard”ı 5.2 trilyon dollar ötüb. Ümumilikdə, 2022-ci ildə steyblkoinlərdə 7.4 trilyon dollar, “Mastercard” ödəniş sistemində isə 2.2 trilyon dollar dəyərində əməliyyatlar aparılıb, “The Defiant” yazır.

“CoinMetrics” analitik platformasına görə, iki il ərzində steyblkoinlərlə əməliyyatların həcmi 600%-dən çox artıb – 2020-ci ildə steyblkoin əməliyyatlarının həcmi 1 trilyon dollar olub.

Bu il kriptovalyuta bazarında baş verən qarışıqlığa və aparıcı kriptovalyutaların əksəriyyəti üzrə ticarət həcmində ümumi azalma tendensiyasına baxmayaraq, steyblkoinlər hesablaşma həcminə görə “Visa” istisna olmaqla, bütün aparıcı ödəniş sistemlərini üstələyib.

Aktivlərin bu növu təkcə “Mastercard”ı deyil, həmçinin “American Express”i də geridə qoyub. Ümumilikdə, steyblkoinlər kriptovalyuta bazarının 18%-ni təşkil edir. İl ərzində “Tether” (USDT) steyblkoini ilə əməliyyatların həcmi 3.7 trilyon dollardan 3.5 trilyon dollara düşüb.

İki aparıcı steyblkoin arasındakı rəqabət getdikcə güclənir. Dekabrın əvvəlində “Coinbase” kriptovalyutası öz müştərilərini aktivləri USDT-dən USDC-yə köçürməyə çağırıb. Platforma, payız hadisələrinin bir neçə steyblkoini sınaqdan keçirdiyini və USDC-nin ən etibarlı və nüfuzlu rəqəmsal dollarlardan biri olduğunu deyib.

Son xəbərlər
Digər xəbərlər