Sumqayıtda DOST mərkəzinin açılışı ilə bağlı layihələndirmə işlərinə start verilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki “Sosial saat”da Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin ikinci yarısında Sumqayıt şəhərində DOST mərkəzinin açılışı planlaşdırılır.