“2022-ci ildə Ukraynanın ÜDM-i ən azı 35% azalacaq”.
Bunu Baş nazir Denis Şmıqal İsveçrənin Luqano şəhərində Ukraynanın bərpasına dair beynəlxalq konfransda bildirib.
Dövlət Statistika Xidmətinin məlumatına görə, Ukraynanın ÜDM-i 2022-ci ilin birinci rübündə ötən ilin dördüncü rübündəki 6.1% artımla müqayisədə 15.1% azalıb.
Dünya Bankı bu il Ukraynanın ÜDM-nin 45.1% azalacağını proqnozlaşdırır.