“Mozillion” mütəxəssisləri 2022-ci ilin ən çox gözlənilən 20 smartfonunun siyahısını göstərən yeni araşdırma aparıblar.
Banker.az xəbər verir ki, sürpriz, təbii ki, baş verməyib – birinci yerə “iPhone 14” çıxıb.
“Apple”ın flaqmanı ümumilikdə 1 110 030 axtarış sorğusu toplayıb. Müqayisə üçün ondan sonra gələn “Samsung Galaxy S22” cəmi 518 000 sorğuya sahibdir. Maraqlıdır ki, ilk üçlüyü yenə “Apple”ın cihazı tamamlayır – “iPhone SE 2022”.
Tam siyahı aşağıdakı kimidir:
Qeyd edək ki, 17-ci sırada qəfildən “Google”un ilk qatlanan smartfonu- “Pixel Fold” yer alıb. Axtarış sorğularının 24 700-ü məhz onun payına düşüb.