9 C
Baku
Friday, December 13, 2024

2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq

Azərbaycanda 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq.

Bu barədə İqtisadi Şuranın iclasında bildirilib.

İclasda büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub.

2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, 27 may 2022-ci il tarixində Prezident İlham Əliyevin Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib.

 

 

Son xəbərlər
Digər xəbərlər