1 C
Baku
Saturday, December 14, 2024

2022-ci ilin qlobal staqflyasiya şoku: bu nə qədər pis ola bilər?

Hələ keçən il bir çox iqtisadçı 2022-ci ilin güclü iqtisadi canlanma dövrü olacağını gözləyirdi. COVID-19-dan sonra müəssisələr tam fəaliyyətə qayıtmalı idi. İstehlakçılar pandemiya zamanı bayram və əyləncəyə xərcləyə bilmədikləri pulları indi xərcləməli idi. Bəziləri 1918-1921-ci illərdəki qripdən sonra istehlakçılığın yeni rekord rəqəmlərə çatacağını deyirdi.

Bir neçə ay qabağa baxsaq, ən çox istinad edilən paralelin 1970-ci illərin olduğunu görərik. O dövrdə ərəblərin neft embarqosu uzunmüddətli iqtisadi çətinliklərə gətirib çıxarmışdı. Dünyadakı durğunluq fonunda inflyasiya ikirəqəmli rəqəmlərə yüksəlmişdi. Bu, “staqflyasiya” kimi tanınan, yüksək qiymətlər və aşağı artım ilə müşayiət olunan bir prosesdir.

İndi staqflyasiya yenidən gündəmə gəlib. COVID-19-un ikiqat şokundan və Rusiyanın Ukraynaya təcavüzündən sonra inflyasiya gözləntiləri aşaraq, bir çox ölkədə son onilliklərin ən yüksək səviyyəsinə çatıb.

Staqflyasiyanın qayıdış perspektivi siyasətçiləri qorxuya salır, çünki onunla mübarizə aparmaq üçün pul yoxdur. Yüksək faiz dərəcələri inflyasiyanın aşağı düşməsinə kömək etsə də, borcların artması inkişaf tempinin daha da zəifləməsinə, sərbəst pul siyasətinin davam etdirilməsi isə qiymətlərin artımına səbəb ola bilər.

Beynəlxalq Valyuta Fondu (BVF) də daxil olmaqla, əksər analitiklər və iqtisadçılar 1970-ci illərin (həm ev təsərrüfatlarına, həm də bizneslərə zərbə vuran onillik iqtisadi böhran) təkrarlanacağını gözləmirlər. Belə ki, inflyasiya hələ o vaxtlar qədər yüksək deyil; getdikcə daha çox mərkəzi bank müstəqildir; fiskal dəstək əhalinin ən həssas təbəqələrini qoruyur.

Lakin 1970-ci illərdə neft böhranı qlobal iqtisadiyyatda əks-səda doğurduğu kimi, pandemiya və müharibənin ikiqat sıxıntısı da bu gün bütün dünyada mal və xidmətlərin tədarükünə görünməmiş təzyiq göstərir.

Hələ Ukraynada müharibə başlamazdan əvvəl pandemiya tədarük zəncirlərini pozduğu, mallara tələbi artırdığı və mülayim pul siyasətinə səbəb olduğu üçün ABŞ, Böyük Britaniya və Avrozona da daxil olmaqla, bir çox ölkədə qiymətlər çoxillik maksimuma çatıb.

Müxtəlif ölkələrdə 2022-ci il üçün iqtisadi artım və inflyasiya proqnozu.
Müxtəlif ölkələrdə 2022-ci il üçün iqtisadi artım və inflyasiya proqnozu

Müharibə bu problemləri daha da gücləndirdi. Rusiya və Ukrayna böyük miqdarda qaz, neft, buğda, gübrə və digər materiallar istehsal edir ki, bu da xüsusilə Avropada enerji və ərzaq qiymətlərini artırır.

Dünya Bankının ədalətli inkişaf, maliyyə və institutlar üzrə vitse-prezidenti İndermit Hillin sözlərinə görə, “Bu, 1970-ci illərdən bəri yaşadığımız ən böyük əmtəə şokudur”. O, əlavə edir ki, Rusiyaya qarşı uzun sürən müharibə və ya sanksiyalar halında “qiymətlər hazırda proqnozlaşdırılandan da yüksək ola bilər”.

Proqnozlar bədbindir. Ümumi qəbul edilmiş fikrə görə, bu il dünya iqtisadiyyatının orta artımı müharibə başlamazdan əvvəl gözlənilən 4.1%-dən aşağı olacaq və 3.3% təşkil edəcək. Qlobal inflyasiyaya gəldikdə, göstəricilər 2.25% yuxarı olacaq. Eyni zamanda BVF bu il dünya ümumi daxili məhsulunun 86%-ni təşkil edən 143 ölkə ilə bağlı proqnozunu aşağı salıb.

Staqflyasiya təhlükəlidir, çünki tək-tük iqtisadçı onu necə dayandırmaq olar barədə məlumatlıdır. O həmçinin bizneslərə, orta təbəqəyə və aşağı maaşlı əhaliyə böyük, potensial olaraq uzunmüddətli ziyan vurur. “İqtisadi baxımdan iqtisadiyyatın inkişafı yavaşlayır, inflyasiya isə artır”, – deyə BVF-in direktoru Kristalina Georgieva söyləyir. “İnsani nöqteyi-nəzərindən insanların gəlirləri azalır və çətinliklər daha da artır”.

Dünya miqyasında yüksəliş

2022-ci ilin staqflyasiya şoku həqiqətən qlobal xarakter daşıyır: əksər ölkələr iqtisadi artım və inflyasiya gözləntilərində uyğunsuzluqlar və eyni zamanda bu tendensiyanın şiddətlənməsinə səbəb olan bir çox amillər görür.

Hər bir ölkədə il üzrə gözləntilərin pisləşməsi fonunda oxşar tendensiyaları müşahidə etmək olar, məsələn, son bir ayda qiymətlərin qəfil sıçrayışı və aktivliyin azalması.

aab85e79d18b10e086e1c
Amerikada iqtisadiyyat artımı və inflyasiyanın nisbəti

Ukraynadakı müharibənin səbəb olduğu mənfi amillər, eləcə də Çində yeni məhdudiyyətlər və Si Tsinpinin “COVID-a sıfır tolerantlıq” siyasəti nəticəsində tədarükün yenidən kəsilməsi və tələbin zəifləməsi ilə Asiyada artım proqnozları aşağı salınıb.

Asiyada inflyasiya digər ölkələrlə müqayisədə daha mülayim olsa da, ərzaq və enerji qiymətlərində qlobal artım fonunda yüksəlir. Məsələn, Cənubi Koreyada istehlak qiymətləri mart ayında on 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Bəzi Latın Amerikası ölkələrində, xüsusən də Braziliyada artan inflyasiyanın qarşısını almaq üçün qəbul edilmiş aqressiv monetar sərtləşdirmə iqtisadi mənzərənin sürətlə pisləşməsinə səbəb olur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Latın Amerikası və Karib hövzəsi üzrə iqtisadi Komissiyası aprelin 27-si Ukraynadakı müharibə ilə bağlı məsələnin “mürəkkəb qovşağı” barədə xəbərdarlıq edərək, regionun inkişaf perspektivinə yenidən baxıb.

Dünya Bankının prezidenti David Malpas bildirir ki, müharibə yalnız Avropaya təsir etsə də, “enerji və ərzaq qiymətlərinin yüksəlməsi ən həssas təbəqələrdə, xüsusən də Afrika və Yaxın Şərqdə özünü göstərəcək”.

Amma təəccüblü deyil ki, müharibənin iqtisadi sarsıntısı ən çox Avropada, xüsusən də Rusiya neft və qazından çox asılı olan ölkələrdə hiss olunur.

Bütövlükdə Avropa regionu elektrik enerjisinin kəsilməsinə çox həssasdır, çünki Aİ qazının 40%-i Rusiyadan gəlir. Enerji qiymətləri artıq mart ayında yenidən artıb, biznes və istehlakçı əhval-ruhiyyəsi isə kəskin şəkildə pisləşib. Bir çox ekspertlər xəbərdarlıq edirlər ki, Aİ-nin Rusiya qazının tədarükünə qadağa qoyması Almaniya və Avrozonada onilliklərin ən dərin resessiyalarından birinə səbəb olacaq.

Rusiyanın enerji ixracına cavab tədbirləri regionun iqtisadi planları üçün də təhlükə yaradır. Keçən həftə Rusiyanın enerji nəhəngi “Qazprom”un Polşa və Bolqarıstana tədarükünü dayandırmaq hədəsini bu tədbirlərin bir hissəsi kimi saymaq olar.

“Əgər Moskva Almaniyaya və digər Aİ ölkələrinə təbii qaz tədarükünü qəfil dayandırsa, Avropa 2011-2012-ci illərdəki kimi yeni iqtisadi böhranla üzləşəcək”, – deyə “Gavekal Research”ın nümayəndəsi Tom Holland söyləyir.

Hətta qazın kəsilməsini nəzərə almasaq, birinci rübdə Avrozonanın iqtisadi artımı cəmi 0.2% yavaşlayıb, inflyasiya isə rekord həddə – 7.5%-ə yüksəlib. “Capital Economics”in baş avropalı iqtisadçısı Endryu Kenninqem deyir ki, “bu il Avrozonada staqflyasiya ili olacaq. Enerji qiymətlərinin artması inflyasiyanı yüksək saxlayacaq, ev təsərrüfatlarının gəlirlərini sıxacaq və biznesin inamını sarsıdacaq”.

Almaniya yüksək enerji tutumluğu, böyük istehsal sektoru və ixracyönümlü iqtisadiyyatı olmasına baxmayaraq, ən həssas ölkələr sırasındadır. Son altı ayda iqtisadçılar 2022-ci il üçün Almaniyanın iqtisadi artım proqnozunu yarıya endiriblər.

Avropa İttifaqı xaricində Böyük Britaniya iqtisadiyyatı da oxşar təzyiqdən əziyyət çəkir ki, buna görə ölkədə 1950-ci illərdən bəri ən böyük azalma gözlənilir. Böyük Britaniyada işsizlik səviyyəsi 1970-ci illərin əvvəllərindən bəri ən aşağı səviyyədədir. Bu, “əməkhaqqı-qiymət” spiralı riskini yaradır.

ed90c6f0f722fe07e1f43

“Gavekal” investisiya araşdırma firmasının iqtisadçısı Anatol Kalecki deyir ki, “inflyasiyanın kəskin artımı və maaş qiymətləri spiralının ən böyük riski ABŞ-dadır”. Martı ayında burada inflyasiya 8.5% olub və investorlar onun  daha da yüksələcəyini hesab edirlər.

“Goldman Sachs”ın iqtisadçısı Daan Struyvenin sözlərinə görə, ABŞ-ın əmək bazarı müharibədən sonrakı tarixdə ən çox “isidilən” olub: vakansiya sayı işsizlərdən təxminən 5 milyon çox idi.

ABŞ Xəzinədarlığın katibi Larri Sammers son təhlilində qeyd edir ki, əmək bazarının “isidilməsi” onu nəzərdə tutur ki, o halda Federal Ehtiyatlar Sisteminin iqtisadi fəaliyyətdə əhəmiyyətli yavaşlama yaratmadan inflyasiyanı aşağı sala bilmə ehtimalı çox aşağıdır.

3de124e5a9a151a223aa3
ABŞ-da nominal əməkhaqqının artım sürəti

Struyven vurğulayır ki, İngiltərə, Kanada və Avstraliya da daxil olmaqla, ingilisdilli G10 ölkələrinin əksəriyyətində əmək bazarında gərginlik əlamətləri var. Əmək bazarının vəziyyəti siyasətçilərin yüksək inflyasiyanı aradan qaldırmaq üçün nə edəcəyinə, bu isə öz növbəsinə kreditin dəyərinə və həyat standartlarına təsir göstərir.

CME-nin FedWatch alətinə görə, fyuçers bazarları indi ABŞ federal fondlarının faiz dərəcəsinin iyun ayında 1,5 faiz olacağı 80 faiz şansını əks etdirir ki, bu da növbəti iki görüşün hər birində yarım ballıq artım deməkdir. Bu, 2018-ci ildən bəri ilk dəfə mart ayında 25 əsas bəndlik artımdan sonra baş verir.

İngiltərə Bankının da mayın 5-də keçiriləcək növbəti iclasında faiz dərəcələrini ardıcıl dördüncü dəfə artıracağı gözlənilir, çünki ölkə son 30 ildə ən sürətli inflyasiya ilə üzləşir. Bazarlar ilin sonuna kimi faiz dərəcələrinin 2%-ə qədər artacağını gözləyirlər.

dce4b48d203e4553f56a5 1
Avrozonada inflyasiyanın yavaşlaması

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bu yaxınlarda ABŞ və Avropanın “müxtəlif növ çətinliklərlə üzləşdiyini” deyib. Belə ki, Amerikada əmək bazarındakı gərginlik qiymətlərin yüksəlməsinə, Avropada isə yanacağın bahalaşmasına səbəb olur.

“Əgər bu gün faizləri qaldırsam, bu, enerji qiymətlərinin aşağı düşməsinə kömək etməyəcək”, – deyə Laqard söyləyib.

“Pul-kredit siyasətinin sərtləşdirilməsi ilə bağlı qlobal proqnoz staqflyasiya kimi nəzərəçarpacaq dərəcədə artıb”, – deyə “Fitch” reytinq agentliyi qeyd edir.

Vaxtı geri çəkmək

İndi sual bu staqflyasiya şokunun nə qədər davam edəcəyi və 1970-ci illərə bənzər uzunmüddətli tənəzzülün mümkün olub-olmamasıdır.

O vaxtlarda neft ixrac edən ərəb ölkələrinin Yom-Kippur müharibəsi zamanı İsrailə kömək etdiyinə görə inflyasiya təxminən on il ərzində iki rəqəmli göstəricilərə yüklədi. Davamlı yüksək inflyasiya İkinci Dünya müharibəsindən sonrakı bum illərini geridə qoyaraq, bir çox inkişaf etmiş iqtisadiyyatlarda işsizlik nisbətlərini artırdı. Qeyd edək ki, əmtəə qiymətlərindəki bugünkü artım 1970-ci illərdəki hadisələri təkrarlasa da, bəzi xüsusiyyətlərə görə o dövrdən fərqlənir.

29c01f3b1c3b25c8645c5
1970-ci illərdə inflyasiya və ÜDM artımı

Bir çox iqtisadçı gələn il inflyasiyanın azalacağını gözləyir və qeyd edir ki, hazırda dünyanın qalıq yanacaqlardan asılılığı daha aşağıdır.

Məsələn, indi müəssisələr pandemiya zamanı yığılan enerji xərclərinin zərbəsini bir qədər yumşalda bilərlər. Varlı olan bir çox ölkələr yanacaq və enerji xərclərinin subsidiyalaşdırılması da daxil olmaqla, ən həssas təbəqələri qiymət artımının təsirindən qorumaq üçün tədbirlər görürlər.

Bununla belə, digər tendensiyalar həm artım, həm də inflyasiya ilə bağlı narahatlıq doğurur və bu, olduqca qeyri-müəyyən perspektivlər ortaya çıxarır. Belə ki, neft qiymətlərindəki artım o dövrlə müqayisədə daha zəif olsa da, qaz qiymətlərindəki artım daha sürətlidir.

2011f57bda056950eca8c
1973-cü ildə Londonda benzin qıtlığı fonunda yanacaqdoldurma məntəqəsində yaranan növbə

Proqnozlar olduğundan daha nikbin ola bilər. BVF ekspertləri hesab edirlər ki, iqtisadi məlumatlar çox vaxt gözləntiləri məyus edir və “artım hətta proqnozlaşdırılandan da yavaş olur”.

Getdikcə müstəqil olan mərkəzi bankların sayı artır və pul-kredit siyasətinə inam daha da güclənib. Buna baxmayaraq, faiz artımı qiymətlərin yüksəlməsi səbəbindən bizneslərə və ictimaiyyətə zərər vurur.

Özəl və dövlət borcunun payının ÜDM-də tarixi maksimuma çatdığını nəzərə alsaq, “mərkəzi bankirlər yalnız borc və səhm bazarlarında maliyyə çökməsi riski yaranana qədər normallaşma proseslərini davam etdirə bilərlər” deyə New York Universitetində iqtisadiyyat və beynəlxalq biznes professoru olan Nouriel Roubini xəbərdar edir.

“Federated Hermes” investisiya şirkətinin iqtisadçısı Sylvia Dall’Angelo əlavə edir ki, pandemiya və Ukraynadakı müharibə “bəzi struktur dəyişikliklərini katalizlədi, əvvəlki onilliklərdə deinflyasiyaya səbəb olan bəzi qüvvələri geri çevirdi”.

“BNP Paribas Markets 360”ın baş qlobal iqtisadçısı Luici Speranza deyir: “Bu, 1970-ci illərdə olduğu kimi olmaya bilər, amma yenə də staqflyasiya bənzəyəcək”.

Son xəbərlər
Digər xəbərlər