24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

2022-ci ilin sonlarınadək Avropada qaz bahalaşmaqda davam edəcək”

Screen Shot 2021 09 02 at 14.34.20

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi cari qiymət artımı dinamikasını və sabit tədarüklə bağlı problemləri nəzərə alaraq Avropada təbii qazın 2021-2022-ci illər üzrə qiymət proqnozlarını artırıb.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın spot qiymətlərinin 1 000 kubmetr üçün 600 ABŞ dollarını ötməsini “Fitch” agentliyi pis hava şəraiti, 2020-ci ildən etibarən sıxılmış təbii qaz tədarükünün sabit şəkildə azalması və qaz anbarlarında ehtiyatların 2019-2020-ci illər səviyyəsindən aşağı düşməsi ilə izah edir.Asiya və Amerika regionunda sıxılmış qazla bağlı yüksək rəqabətin mövcud olması qısamüddətli perspektivdə Avropaya qaz tədarükünü artırmağa imkan verməyəcək. Bundan başqa, 2021-ci ildə Rusiyadan qaz tədarükü artımına da ümid etməyə dəyməz, belə ki, “Qazprom” 19 % artımla bu il Avropaya qaz ixracını rekord səviyyəyə çatdırıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər